Minskdə MDB liderlərinin məhdud tərkibdə görüşü başlayıb

Minskdə MDB liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:50

Minsk şəhərindəki Müstəqillik Sarayında Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb.

News365.az TASS-a istinadən xəbər verir ki, tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan görüşə videobağlantı vasitəsilə qatılıb.

Məhdud tərkibdə iclasdan sonra geniş tərkibdə görüşün keçirilməsi gözlənilir. Görüşdə müşahidəçi dövlətlər olan Kuba və Özbəkistanın, eləcə də qonaq ölkələrin - Monqolustan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələri də iştirak edəcəklər.


Sizin reklam burada
Sizin reklam burada