Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. Artıq inqilab arzusunda olan keşiş Baqrat Srbazana 2 aylıq həbs cəzası kəsilib. Bu gün səhər isə 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub. Yerli media yazır ki, hazırda iqamətgahın həyətində vəziyyət gərgindir.
Belə bir gərginlik fonunda Ermənistanın baş naziri Nikol Paşinyan hadisələrə reaksiya verməkdən boyun qaçırırıb.
O, “Hayastan” Ümumerməni Fondunun Himayəçilər Şurasının iclasından sonra jurnalistlərin suallarına tuş gəlib. Jurnalistlərdə n biri “Kilsə ilə "məşğul olmaq" üçün hüquq-mühafizə orqanlarına siz göstəriş vermisiniz?” sualı verib. Paşinyan cavabında “Mən bəyanat yayacağam, cavab verəcəyəm. Ona görə də bu gün suallara cavab verməyəcəm. Xahiş edirəm məni narahat etməyin” deyib.