Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. Artıq inqilab arzusunda olan keşiş Baqrat Srbazana 2 aylıq həbs cəzası kəsilib. Bu gün səhər isə 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub.
Yerli media yazır ki, hazırda iqamətgahın həyətində vəziyyət gərgindir. Acapaxyanı saxlamağa çalışan təhlükəsizlik qüvvələri yerli əhalinin təzyiqinə məruz qalır. Xarici KİV həmçinin yazır ki, bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahında saxlanılan arxiyepiskop Mikael Acapaxyanın səhhətində ciddi problemlər yaranlb. Din xadiminin gözlənilmədən halı pisləşib. Bu barədə digər arxiyepiskop Baqrat Qalstanyanı dəstəkləyən hərəkatın yaydığı bəyanatda da məlumat verilib.
“Arxiyepiskop Acapaxyan özünü pis hiss edir, ona tibbi yardım göstərilir”, - məlumatda deyilir.
Tural