Rusiyada məhkəmə Müdafiə Nazirliyinin Xüsusi Layihələr Əmlak İdarəsinin keçmiş rəis müavini Oleq Vaseninin 200 milyon rubldan çox əmlakına həbs qoyub. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
"Vaseninə məxsus qiymətli kağızlar, investisiya məhsulları və nağd pullar üzrə cərimə, mülki iddia və əmlak yığımı üzrə hökmü təmin etmək üçün 200 milyon rubldan çox məbləğdə həbs tətbiq edilib", - məlumatda deyilir.
Əvvəllər Vaseninin əmlakına 31 milyon rubldan çox həbs qoyulmuşdu.
Tural