Ermənistanda gərginlik: İnsanlar arxiyepiskopun həbsini əngəlləyirlər - VİDEO

Ermənistanda gərginlik: İnsanlar arxiyepiskopun həbsini əngəlləyirlər - VİDEO
12:25

Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. Artıq inqilab arzusunda olan keşiş Baqrat Srbazana 2 aylıq həbs cəzası kəsilib. Bu gün səhər isə 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub. Yerli media yazır ki, hazırda iqamətgahın həyətində vəziyyət gərgindir. 

"Təhlükəsizlik qüvvələri Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikaeli saxlamağa çalışır. Acapaxyan isə deyib ki, "Gizlətmək fikrində deyiləm, məni aparmaq üçün gəliblər, gedəcəyəm... Mən bu ölkəyə təhlükə yaratmıram, təhlükə hakimiyyətdən gəlir". Lakin vətəndaşlar və din xadimləri arxiyepiskopu saxlamağa imkan verməyib, yolu bağlayıblar. Camaat “Ayıb olsun!” şüarları səsləndiriblər",- "Mamul" nəşri yazıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada