Ukrayna daha bir kəndi itirdi

Ukrayna daha bir kəndi itirdi
13:57

Rusiya Müdafiə Nazirliyi daha bir uğurlu əməliyyat barədə məlumat yayıb. Nazirlik bildirib ki, rus qoşunları Xarkov vilayətində yerləşən Novaya Kruglyakovka kəndi üzərində nəzarəti ələ keçirib.


Bu yaşayış məntəqəsindən əlavə rus qoşunları bir həftə ərzində eyni bölgədəki Petrovskoyeni də işğal ediblər.


Nazirlik onu da əlavə edib ki, “Mərkəz” hərbi qruplaşmaları qondarma Donetsk Xalq Respublikası və Dnepropetrovsk vilayəti ərazilərində hücumlarını davam etdirirlər. Nəticədə onlar artıq Novosergeevka və Şevçenkov yaşayış məntəqələrini nəzarətə götürüblər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada