Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. Artıq inqilab arzusunda olan keşiş Baqrat Srbazana 2 aylıq həbs cəzası kəsilib. Bu gün səhər isə xeyli sayda maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub. Yerli media yazır ki, hazırda iqamətgahın həyətində vəziyyət gərgindir.
Milli Assambleyanın “Hayastan” fraksiyasının üzvü Artur Sarkisyan iqamətgahın həyətində jurnalistlərə açıqlamasında deyib ki, Milli Təhlükəsizlik Xitmətinin(MTX) zabitləri ərazini sözün həqiqi mənasında zəbet etməyə cəhd esələr də bu alınmayıb: "Buna cəhd olsa da, camaat müqavimət göstərdi, zabitlər, maskalılar onların planının həyata keçirilməsinin mümkün olmadığını anlayıb geri çəkiliblər”. Deputat qeyd edib ki, MTX əməkdaşları xalqın təzyiqi ilə Patriarxlığa aid ərazini tərk edib, arxiyepiskop Mikael Acapaxyan isə onların yanında olmayıb. Yerli media yazır ki, minlərlə vətəndaş iqamətgahın qarşısında canlı sədd kimi dayanır.
Tural