“Bəzi rəhbərlər özlərini əvəzolunmaz hesab edirlər” Etibar Əliyev

“Bəzi rəhbərlər özlərini əvəzolunmaz hesab edirlər” Etibar Əliyev
14:08

 “Bəzi rəhbərlər özlərini əvəzolunmaz hesab edirlər”.

Təhsil eksperti Etibar Əliyev News365.az-a açıqlamasında ali məktəblərdə uzun illər rəhbər vəzifə tutan şəxslərlə bağlı narahatlığını ifadə edib.

O bildirib ki, bəzi şəxslər uzun müddət rəhbər postları tərk etmirlər və bu, dövlətə hörmətsizlik kimi qiymətləndirilməlidir.

“20 il Bakıda universitet rektoru olub, 35 ildir kafedra müdiridir, amma universitetə gəlmir. Bu, artıq dövlətə sayğısızlıqdır”, – deyə ekspert bildirib.

Etibar Əliyev hesab edir ki, bu cür şəxslər müasir tələblərə cavab vermir: “Adam var ki, həm pensiya alır, həm də institutda rektor vəzifəsində qalır. 70 yaşı keçmiş insanın enerjisi artıq əvvəlki kimi olmur. Dövlətə hörmət edən şəxs vaxtında öz yerini gənclərə verməlidir.”

Ekspert qeyd edib ki, bu hallara qarşı ictimai qınaq olmalı, sağlam tənqidlər səsləndirilməlidir: “Çox pis ənənələr formalaşıb. Kimi tənqid edirsən, deyirlər ki, bu adam hansısa dairələr tərəfindən qorunur. Artıq belə məsələlərdə vicdan da işləmir.”

Etibar Əliyev əlavə edib ki, tənqidlərində şəxsi münasibətləri kənara qoyaraq, mümkün qədər etik davranmağa çalışır.


Sizin reklam burada
Sizin reklam burada