Tanınmış rəqqasə Fatimə Fətəliyeva "İncə Səhər” verilişində qonaq olub. Veriliş zamanı o, şəxsi həyatı ilə bağlı səmimi və bir o qədər də şok edici etiraf edib.
Fatimə bildirib ki, dörd ilə yaxın evində çalışan bir qadın ona və ailəsinə çox yaxın olub:
“Mənim evimdə elə bir insan çalışırdı ki, 4 ilə yaxın bizimlə idi. Elə bilirdik ki, ondan yaxşısını tapa bilmərik. Anama, uşaqlarıma can yandırırdı. Amma həmin xanım illər ərzində mənim qızıllarımı oğurlayıbmış”.
Rəqqasə baş verən hadisənin onu dərindən sarsıtdığını qeyd edib və insanlara güvənərkən diqqətli olmağı tövsiyə edib.