Metroda gediş haqqının 55 qəpik olacağı ilə bağlı sosial mediada iddialar yayılıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki,
"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur".
"Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb", - deyə məlumatda qeyd olunub.