Aktyor Azər Baxşəliyev ölümdən xilas edilib.
Bu barədə news365.az-a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanmışdı. Hazırda ürəyi döyünür. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır.