SOCAR Türkiyədə
yeni neft-kimya sktoruna investisiyasını 7 milyard dollara çatdırmağı hədəfləyir.
SOCAR indiyə
qədər Türkiyə iqtisadiyyatına ümumilikdə 18,5 milyard dollarlıq sərmayə yatırıb
və bu proses nəticəsində 10 min insanı işlə təmin edib. Bu, şirkətin Türkiyədəki
iqtisadi və sosial inkişafa verdiyi faydanın göstəricisidir.
SOCAR-ın
Türkiyə bazarındakı əsas strateji hədəflərindən biri də qazpaylayıcı şəbəkələr
vasitəsilə pərakəndə satışın genişləndirilməsidir. Bu istiqamətdə SOCAR, Kayseri
və Bursa şəhərlərində 209 milyon dollar məbləğində investisiya həyata keçirib.
Bu investisiyalar, qazpaylayıcı şəbəkələrin inkişaf etdirilməsi ilə yanaşı,
yerli əhali üçün yeni iş imkanlarının yaradılmasını və enerji infrastrukturunun
daha da gücləndirilməsini təmin edir.
SOCAR-ın
Türkiyədəki fəaliyyətləri yalnız iqtisadi sahədə deyil, həm də enerji təhlükəsizliyi
və texnoloji inkişaf baxımından əhəmiyyətlidir. Şirkət STAR neft emalı zavodu və
Petkim kimi iri müəssisələri ilə Türkiyənin sənaye potensialını artıraraq, ölkənin
xarici enerji asılılığını azaltmaqda mühüm rol oynayır.
Bu miqyaslı
investisiyalar SOCAR-ın regionda ən iri xarici investor mövqeyini daha da gücləndirir
və Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq əlaqələrini daha da dərinləşdirir.
Aqil Məmmədov, ekspert