İranda 2024-cü il ərzində 997 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.
News365.az xəbər verir ki, bu rəqəm İran müxalifətinin məlumatları əsasında hazırlanıb.
Hüquq müdafiəçiləri bildiriblər ki, bütün edam hökmləri qeydiyyata alınmadığından onların sayı göstərilən rəqəmdən artıqdır.
Məlumata görə, 2024-cü ildə edamların sayı 2023-cü ildə icra olunanlardan 16 faiz çoxdur. Edam olunan 997 nəfərdən 34-ü qadın, 9-u yeniyetmədir. Dörd kişinin edamı ictimai şəkildə, qalanı isə həbsxanada icra olunub.