Şamaxıda 49 yaşlı kişi dəm qazından boğularaq ölüb.
News365.az xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə 1976-cı il təvəllüdlü Hüseynov Zülfüqar Əşrəf oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Ölümün dəqiq baş vermə səbəbi araşdırmaların sonunda bəlli olacaq.