Lerikin dağ kəndlərində belə işığın verilişi bərpa ediləcək - VİDEO

Lerikin dağ kəndlərində belə işığın verilişi bərpa ediləcək - VİDEO
16:33

Lerikə yağan güclü qar səbəbindən xeyli kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

News365.az-ın məlumatına görə, hazırda qarın intensiv yağmasına baxmayaraq, “Azərişıq”ın əməkdaşları tərəfindən rayonda elektrik enerjisinin verilişinin bərpa olunması istiqamətində işlər aparılır.

Belə ki, artıq bir çox abonentin işıq problemi həll olunub. Yaxın saatlarda rayonun bütün ərazilərində işığın verilməsi bərpa olunacaq.


Sizin reklam burada
Sizin reklam burada