Lənkəran şəhərindən keçən köhnə Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
"Mersedes" markalı minik avtomobili hasara çırpılıb.
Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hissəsinin və polis əməkdaşları cəlb olunublar. Avtomobildə sıxılmış vəziyyətdə qalan ölən şəxsin meyiti FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
