Rusiyada miqrantlarla bağlı yeni qaydalar qüvvəyə minir

Rusiyada miqrantlarla bağlı yeni qaydalar qüvvəyə minir
10:07

Dekabr ayından etibarən miqrantlara patentlərin verilməsi yeni qaydalar əsasında həyata keçiriləcək. Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

O, “MAX” messencerindəki kanalında bildirib ki, miqrantların işə cəlb olunmasına dair icazələrin verilməsi qaydaları da dəyişəcək.

Bundan əlavə, parlamentin aşağı palatasının sədri “Xarici vətəndaşın Rəqəmsal Profili” adlı resursun tam fəaliyyətə başlayacağını açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Rusiyada saxta nikahlarla əlaqədar miqrantlara verilmiş təxminən 2 min sənədin ləğv edildiyi məlum olub.


Sizin reklam burada
Sizin reklam burada