Külli miqdarda narkotik aşkarlandı

Külli miqdarda narkotik aşkarlandı
01 Avq 2026 11:29

Ötən gün külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Bu barədə News365.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 31-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada