Kuçmanın müşavirindən Zelenskiyə XƏBƏRDARLIQ

Kuçmanın müşavirindən Zelenskiyə XƏBƏRDARLIQ
15:45

“Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar üçün Moskvaya gəlməkdən imtina edərsə, münaqişənin həllinə yeganə maneə olacaq”.

News365.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri Oleq Soskin bildirib.

“Bu gündən etibarən əsas maneənin Putinlə görüşmək və atəşkəs, sülh sazişi üzərində razılaşmaq istəməyən Zelenski olması fikri sürətlə formalaşmağa başlayıb”, - o bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl ukraynalı həmkarını Moskvada görüşə dəvət edib. Zelenski ona cavab olaraq, Putini Kiyevə çağırıb.


Sizin reklam burada
Sizin reklam burada