Kriştianu Ronaldu "Ən-Nəsr"in oyununu boykot etdi - SƏBƏB

Kriştianu Ronaldu "Ən-Nəsr"in oyununu boykot etdi - SƏBƏB
12:49

Kriştianu Ronaldu "Ən-Nəsr"də oynamaqdan imtina edib.

News365.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) idarəçiliyindən narazıdır.

Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasında bu gün keçiriləcək "Ər-Riyad"a qarşı oyunda meydana çıxmamaqda qərarlıdır.

Kriştianu Ronaldu xüsusilə də eyni fond tərəfindən idarə olunan rəqib klublara göstərilən münasibətlə müqayisədə, PIF-in üç ildir çıxış etdiyi klubu idarəetmə tərzindən narazıdır.

Qeyd edək ki, Ronaldo 2023-cü ildən "Ən-Nəsr"in formasını geyinir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.


Sizin reklam burada
Sizin reklam burada