Azərbaycan millisi baş məşqçisini yolladı

Azərbaycan millisi baş məşqçisini yolladı
12:51

Azərbaycanın kişilərdən ibarət ağırlıqqaldırma millisinin baş məşqçisi dəyişib.

News365.az xəbər verir ki, rusiyalı mütəxəssis Maxtı Makkayevlə yollar ayrılıb.

Onu bu postda Sərdar Həsənov əvəzləyib. S.Həsənov həm də qadınlardan ibarət yığmanın baş məşqçisi kimi işini davam etdirəcək.

Xatırladaq ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyası 2023-cü il dekabrın sonunda Maxtı Makkayevin baş məşqçi təyin olunduğunu açıqlamışdı.


Sizin reklam burada
Sizin reklam burada