Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU
14:57

Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşı Əsgər Cəfərzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış (DTX) cinayət işi üzrə o, üç il müddətə azadlıqdan məhrum edilib.

News365.az "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Nizami Rayon Məhkəməsində elan olunub.

Hökmə əsasən, həmçinin o, iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilib.

Qeyd edək ki, Əsgər Cəfərzadə DTX tərəfindən saxlanılıb. O, AR Cinayət Məcəlləsinin 284.1-ci (dövlət sirrini yayma) maddəsi ilə ittiham olunur.


Sizin reklam burada
Sizin reklam burada