Velosipedçi Rohan Dennis keçən il həyat yoldaşı ilə aralarında yaranan mübahisə
zəmnində onu “Prosche” markalı avtomobillə vuraraq ölümünə səbəb olub.
News365.az xəbər verir ki, məhkəmə
idmanıçının əməlini ehtiyatsızlıqdan adam öldürmə kimi qiymətləndirib və ona 17
ay şərti həbs cəzası verilib.
Hadisədən qısa müddət sonra sanki heçnə olmamış kimi yeni il bayramını qeyd etməsi
paylaşımı ilə gündəmə gələn idmançı bu dəfə də sosial şəbəkə paylaşımı ilə tənqid
hədəfinə çevrilib. Rohan Dennisin sosial şəbəkədə “Prosche” avtomobilinin şəkilini paylaşaraq onu
silah adlandırması bir mənalı qarşılanmayıb.
Cənubi
Avstraliyanın Zərərçəkmişlərin Hüquqları üzrə Müvəkkili Dennisin postunu təhqiredici
hal kimi qiymətlədirib.
Qeyd edək ki, Dennis olimpiya medalçısıdır. O, 2012 London olimpiyadasında
gümüş, 2020 Tokiyo olimpiyadasında isə bürünc medal qazanıb.