“Məlumdur ki, işğal dövründə bizim torpaqlarımız xaraba vəziyyətində idi. Orada
inkişafdan söhbət belə gedə bilməzdi”.
News365.az
xəbər verir ki,
bu sözləri siyasi şərhçi Ülviyyə Zülfiqar deyib. Siyasi şərhçi Qarabağın hazır
ki, vəziyyətindən də söz açıb:
“Qarabağ artıq rifahın, iqtisadiyyatın dirçəlməsinin və sülhün tərənnümüdür.
Qarabağda görülən işlər həm də beynəlxalq ictimaiyyətə regionda yeni reallığın
olması ilə bağlı mesaj verir. Həmçinin bu Azərbaycanın suverenliyini bərpa etməsinin
və gündəmində sülhün olmasına işarədir. Azərbaycan nəinki Qarabağda ümüilikdə Cənubi
qafqazda iqtisadiyyatın gücləndirilməsində maraqlıdır. Regional inkişaf Azərbaycanın
gündəliyindədir”.