Daxili işlər
naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda növbəti
vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək
arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
DİN mətbuat
xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin
inzibati binasında baş tutacaq qəbulda Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və
Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula
yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı
31.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə
Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət
portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis
orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra
baxışı aprelin 1-də 08:00-da Cəlilabad Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək
ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.