Bu gün saat 01 radələrində Bakıda faciəvi hadisə baş verib.
News365.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, N.Nərimanov prospekti, ev 203 ünvanında qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Turan Adil qızı Şirinli yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.