Qərbi Avstraliya sahillərində güclü külək tətildə olan ailəni sahildən kilometrlərlə uzağa aparıb.
News365.az xəbər verir ki, hadisə zamanı ana və üç uşaq açıq dənizdə köməksiz vəziyyətdə qalıb.
Bu zaman 13 yaşlı uşaq kömək çağırmaq üçün sahilə üzmək qərarına gəlib. O, dalğalı dənizdə iki saat üzdükdən sonra hərəkətinə mane olan təhlükəsizlik jiletini çıxarıb və daha iki saat üzərək ümumilikdə 4 kilometr məsafə qət edib. Nəhayət sahilə çatan uşaq xilasedicilərə məlumat verib.
Xilasedicilər ailəni sahildən 14 kilometr uzaqlıqda taparaq xilas ediblər. 13 yaşlı uşaq göstərdiyi cəsarət və dözümlülük sayəsində 47 yaşlı anasının, 12 yaşlı qardaşının və 8 yaşlı bacısının həyatını xilas edib.