Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR
19 Mar 2026 11:43

20-30 mart tarixlərində Bakı - Gəncə, Bakı - Mingəçevir, Bakı - Bərdə, Bakı - Tərtər, Bakı - Sınıq Körpü və Bakı - Zaqatala istiqamətləri üzrə fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə əlavə reyslər təşkil ediləcək, sərnişindaşıma xidmətləri daha intensiv qrafik əsasında həyata keçiriləcək.

News365.az xəbər verir ki, bu barədə "BakuBus" MMC məlumat yayıb.

Bildirilib ki, "BakuBus" MMC qarşıdan gələn Novruz bayramı günlərində bölgələrə səfər edən sərnişinlərin sayında gözlənilən artımı nəzərə alaraq 20-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram günlərində sərnişin axınının yüksək olacağı nəzərə alınaraq, bölgələrə səfər etməyi planlaşdıran vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada