Danışıqlara baxmayaraq böhran dərinləşir.
News365.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Konqo Demokratik Respublikasında tanınmış hüquq müdafiəçisi Dismas Kitenge bildirib.
Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə aparılan danışıqlara baxmayaraq, ölkədə münaqişə davam edir.
O qeyd edib ki, həm döyüşlər səngimir, həm də iqtisadi vəziyyət getdikcə pisləşir. Kitenge beynəlxalq ictimaiyyəti daha sərt sanksiyalar tətbiq etməyə və ədalətin təmin olunması üçün konkret addımlar atmağa çağırıb.