İngiltərənin “Liverpul”
klubunun baş məşqçisi Arne Slot “Qalatasaray” ilə bu gün keçirliəcək cavab
oyunu haqqında danışıb.
News365.az xəbər verir
ki, baş məşqçi komandasının oyuna yaxşı hazırlaşdığını bildirib:
“Biz oyuna yaxşı
hazırlaşmışıq. Əlbətdə üzərimdə müəyyən bir təzyiq hiss edirəm. Hamımız bu təzyiqi
hiss edirik. Bu azarkeşlərin bizdən gözləntilərinin göstəricisidir. Bu təzyiqi
hiss etmək xoşdur. İnanıram ki, təzyiqlərin öhtəsindən gəlib, uğurlu nəticə əldə
edəcəyik”.
Qeyd edək ki,
“Liverpul” ilk oyunda”Qalatasaray”a 1-0 hesabı ilə məğlub olub.