Banksynin kimliyi açıqlanıb?

Banksynin kimliyi açıqlanıb?
15:57

İllərdir kimliyi sirr olaraq qalan məşhur qraffiti rəssamı Banksy ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.

News365.az yerli mediaya istinadla xəbər verir ki, anonim sənətçinin əslində britaniyalı Robin Gunningham olduğu bildirilir. Araşdırmada müxtəlif sübutlar və uzun illərdir aparılan müşahidələr nəticəsində bu qənaətə gəlindiyi qeyd olunur.

Bununla belə, məsələ ətrafında alternativ ehtimallar da gündəmdədir. Bəzi versiyalara görə, “Banksy” tək bir şəxs deyil, komanda ola bilər və Robin Gunningham sadəcə diqqəti yayındırmaq üçün önə çəkilən fiqurdur.

Qeyd edək ki, Banksy illərdir anonimliyini qoruyaraq siyasi və sosial mesajlı qraffiti əsərləri ilə dünya miqyasında məşhurluq qazanıb.


Sizin reklam burada
Sizin reklam burada