Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
News365.az xəbər verir ki, rayonun Abbaslı kənd sakini 1961-ci il təvəllüdlü Arzuman Məmmədov yaşadığı evin qarşısında lampanı dəyişmək istəyən zaman nərdivandan yıxılıb.
Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.