Vətəndaş müraciətləri və sərnişin tələbatının təhlili nəzərə alınaraq, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
Dəyişiklik avqustun 24-dən qüvvəyə minəcək.
Belə ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə M6 nömrəli ekspres avtobuslar “Nizami” metrostansiyasından keçərək burada aralıq dayanacaqda saxlayacaq.
Bununla da M6 marşrutunun xətti uzadılacaq və son dayanacaq “Koroğlu” metrostansiyası olacaq.
Yeni hərəkət sxeminə əsasən, M6 ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” metro stansiyalarını birləşdirəcək.
Beləliklə, xüsusilə Koroğlu istiqamətindən Elmlər Akademiyasına gedən sərnişinlər üçün daha əlverişli nəqliyyat əlaqəsi yaradılacaq.