"Koçaryan, Sarkisyan və digərləri təsir imkanlarını qoruyub saxlayırlar" Hərbi ekspert

"Koçaryan, Sarkisyan və digərləri təsir imkanlarını qoruyub saxlayırlar" Hərbi ekspert
18 Apr 2025 15:22

"Nikol Paşinyan bir siyasətçidir və siyasətçi kimi siyasi hakimiyyətin rəhbəri olaraq çıxış edir."

Hərbi ekspert Ramil Məmmədli bu sözləri News365.az-a deyib.

"Bu baxımdan, o, hakimiyyətdə qalmaq və öz mövqeyini möhkəmləndirmək məqsədilə həm daxili, həm də xarici tərəfdarlarına müəyyən ismarıclar göndərir. Bu ismarıclar, onun dəstəklənməsi və müdafiə olunması üçün müxtəlif istiqamətlərdə ona dəstək göstərilməsinə çağırış xarakteri daşıyır.

Lakin məsələnin əsas məğzi münaqişənin yenidən alovlanması və bu prosesdə maraqlı olan qüvvələrin meydanda güclənməsi ilə bağlıdır. Biz bilirik ki, Qarabağ müharibəsi zamanı hakimiyyətə gəlmiş və uzun illər Ermənistanı idarə etmiş qruplar – Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri – hələ də ölkə daxilində müəyyən dairələrdə təsir imkanlarını qoruyub saxlayırlar."


Sizin reklam burada
Sizin reklam burada