907-ci düzəlişin ləğvi Azərbaycan–ABŞ münasibətləri üçün zəruri idi

907-ci düzəlişin ləğvi Azərbaycan–ABŞ münasibətləri üçün zəruri idi
15:19

ABŞ tərəfindən Azərbaycanla bağlı tətbiq edilən 907-ci düzəlişin ləğvi gözlənilən idi. Bu düzəliş vaxtilə ABŞ-dakı erməni lobbi dairələrinin təsiri ilə Azərbaycana qarşı atılmış haqsız və qərəzli addım hesab olunurdu.

Bu fikirləri politoloq Tural İsmayılov News365.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunduğu halda, işğala məruz qalan ölkəyə qarşı sanksiya xarakterli addımların atılması ABŞ üçün nüfuz gətirmirdi. Politoloq qeyd edib ki, xüsusilə demokratların hakimiyyətdə olduğu dövrlərdə 907-ci düzəlişin aradan qaldırılması istiqamətində ABŞ tərəfindən məntiqi və rasional qərarlar qəbul edilməyib.

Tural İsmayılov bildirib ki, Donald Trampın ABŞ-da hakimiyyətə gəlişindən sonra beynəlxalq münasibətlər sistemində daha balanslı və praqmatik yanaşmalar müşahidə olunur. Onun sözlərinə görə, Tramp qlobal münaqişələrin azaldılmasına və daha ədalətli beynəlxalq münasibətlərə üstünlük verən siyasi lider kimi çıxış edir.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfərindən sonra Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayıb. Bu münasibətlərin dərinləşdiyi bir dövrdə 907-ci düzəliş kimi məntiqsiz və köhnəlmiş qərarın qüvvədə qalması qəbuledilməz idi.

“Bu baxımdan ABŞ tərəfindən 907-ci düzəlişlə bağlı atılan addımı tamamilə təqdirəlayiq hadisə kimi qiymətləndirmək olar”, – deyə Tural İsmayılov əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada