Kobaxidzenin Azərbaycana səfəri başa çatdı

Kobaxidzenin Azərbaycana səfəri başa çatdı
17 Yan 2025 17:55

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri yanvarın 17-də başa çatıb.

News365.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.


Sizin reklam burada
Sizin reklam burada