Kobaxidze: “Gürcü Arzusu” seçkilərdə inamlı qələbə qazanacaq

Kobaxidze: “Gürcü Arzusu” seçkilərdə inamlı qələbə qazanacaq
12:22

“Yerli seçkilər dinc şəraitdə keçirilir, “Gürcü Arzusu” inamlı qələbə əldə edəcək”.

News365.az xəbəri verir ki, bunu Gürcüstanın hakim partiyasının sədri, Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, “Gürcü Arzusu”nun araşdırmalarına əsasən, partiya bütün ölkə üzrə 60%-dən çox səs qazanacaq.

    “Hesab edirəm ki, Tbilisidə və bütün bələdiyyələrdə merliyə namizədlərimiz 60 faizdən çox səs toplayacaqlar. Bizim çox yaxşı gözləntilərimiz var”, - Baş nazir söyləyib.

    İ.Kobaxidze qeyd edib ki, “Gürcü Arzusu” ölkəyə sülh və tərəqqi gətirən yeganə partiyadır.


    Sizin reklam burada
    Sizin reklam burada