Kiyevin HHM raketləri tükənir - İtaliya mediası

Kiyevin HHM raketləri tükənir - İtaliya mediası
09:30

Ukrayna İtaliya və Fransa hökumətlərindən təcili olaraq Avropa istehsalı olan Samp-T hava hücumundan müdafiə (HHM) sistemləri üçün əlavə Aster-30 raketləri vermələrini xahiş edib. Çünki hazırkı ehtiyatlar demək olar ki, tükənib. Bu barədə Corriere della Sera (CDS) qəzeti yazıb.


Nəşrin məlumatına görə, Ukrayna hakimiyyəti bir neçə həftədir ki, İtaliya və Fransadan ən azı 50 Aster-30 raketi göndərməyi xahiş edir. Bununla belə, İtaliya hökuməti bu sitiqamətdə qərar verməyə tələsmir. Çünki onların öz ehtiyatları da toxunulmaz hədd ehtiyatına qədər tükənib.


Məqalədə deyilir ki, Fransa müvafiq raketlərin böyük ehtiyatlarına malikdir. Lakin onlar da, müəyyən məhdudiyyətlərlə üzləşirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada