Konustitusiya
Məhkəməsi Milli Məclisə 1 sentyabrda keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki
Komissiyasının yekun qərarının şənbə günü təsdiq edib. Bu günsə VII çağırış
Milli Məclis ilk iclasına toplaşır. Bu günkü iclasda əsasən təşkilati məsələlərə
baxılacaq Milli Məclisin sədri və sədr müavinləri seçiləcək.
İlk iclasa ən
yaşlı deputat Ziyad Səmədzadə sədrlik edəcək.
Maraqlıdır
ki, bu dəfəki parlamentə bir sıra məmurlar da mandate qazanıb.
1. Onlardan
biri Əli Əhmədovdur. O, 2013-cü ildə Baş nazirin müavini təyin
edilib. Əli Əhmədov YAP-ın budəfəki siyahısında yeni adlardan biri olsa da,
uzun illər Milli Məclisdə hakim partiyanı təmsil edib. O, II, III və IV çağırış
parlamentin deputatı olub. Yenidən parlamentə qayıdan Əli Əhmədov birinci vitse-spiker
seçiləcəyi deyilir.
2. Məmur
kreslosunu itirən digər bir deputatsa Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2000–2006-cı illərdə Gənclər, İdman
və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2
sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, 112 saylı Zaqatala seçki
dairəsindən mandate qazanıb.
3. Digər
maraqlı sima isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər
Əsədovdur. Onun namizədliyi 51 saylı
Şirvan seçki dairəsindən irəli sürülüb. 59 yaşlı Heydər Əsədov Azərbaycan
Respublikasının kənd təsərrüfatı naziri (2013–2018),
4. Məmurluqdan
əl çəkən mövbəti şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə
Heyətinin sədri Şahin Seyidzadədir.
sentyabrda keçirilən növbədənkənar
parlament seçkilərində o, namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı
seçki dairəsindən irəli sürüb. Nəzərə alaq ki, o daha əvvəl də deputat olmuşdu.
5. 49 saylı
Abşeron ikinci seçki dairəsindən deputat seçilən Rizvan Nəbiyev Xarici
İşlər Nazirliyinin Linqivistik Təminat İdarəsinin rəisi vəzifəsində çalışır.
6. 47 saylı
Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin mandate qazanan Zaur Şükürov isə
ölkəmizin Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkilidir.
7. Nazirlər
Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov da
deputat seçilənlər arasınadır. O, 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. Əslən Borçalı mahalındandır. O, 2017-2019-cu illərdə Azərbaycan
Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə
müdiri vəzifəsində çalışıb. Azər Əmiraslanov Baş nazirin 2019-cu il 4 dekabr
tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin
müdiri vəzifəsinə təyin edilib.
8. 48 saylı
Abşeron birinci seçki dairəsindən deputat seçilən Nigar Məmmədova Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzinin direktorudur.
9. 50 saylı
Abşeron üçüncü seçki dairəsindən 59 faiz səslə deputat seçilən Ramid
Namazov isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Xarici əlaqələr şöbəsində çalışır.
10. 121
saylı Laçın seçki dairəsindən deputat mandatı qazanan Rövşən Muradov Milli
Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində
işləyir.
11. Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu da deputat seçilənlər arasındadır.
O, 124 saylı Şuşa-Xocavənd-Ağdam seçki dairəsindən namizədliyini irəli
sürmüşdü.
Qeyd edək
ki, Azərbaycan Konstitusiyasına görə deputatlar pedoqoji və yaradıcılıq faliyyəti
istisna olmaqla ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Konstitusiya Məhkəməsi
nəticələri təsdiqlədiyi üçün bu məmurlar vəzifələrini itirib.
News365.az