32 ildən sonra ilk dəfə sərnişin qatarı AĞDAMDA

32 ildən sonra ilk dəfə sərnişin qatarı AĞDAMDA
10:21

32 ildən sonra ilk dəfə sərnişin qatarı Ağdamda yeni çəkilən yolla irəliləyib.

Bu barədə görüntüləri Barat Abbas oğlu adlı istifadəçi Facebook səhifəsində yayıb.

Xatırladaq ki, Bərdə-Ağdam dəmir yolu xətti Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir.
 

Bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğalı nəticəsində istifadəyə yararsız hala düşüb. Həmin vaxtdan sonra 30 ilə yaxın müddətdə qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyası olub.


44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra bu polad magistral da bərpa olunaraq, sərnişinlərin ixtiyarına veriləcək. Hazırda dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir. Tikinti işləri bu il başa çatdırılacaq.


Sizin reklam burada
Sizin reklam burada