İranda 4 bal gücündə zəlzələ baş verdi

İranda 4 bal gücündə zəlzələ baş verdi
12:10

İranın cənub-qərbində 4 bal gücündə zəlzələ baş verib.

News365.az xəbər verir ki, yeraltı təkanlar Xuzistan əyalətində, Həftkel və İze şəhərləri yaxınlığında qeydə alınıb.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Təkanların əyalətin müxtəlif ərazilərində hiss edildiyi bildirilib.

Hazırda zəlzələ nəticəsində dağıntıların və ya xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Türkiyənin Qaziantep şəhərində də 4,5 bal gücündə zəlzələ qeydə alınıb


Sizin reklam burada
Sizin reklam burada