Türkiyə Ukraynaya ATACMS raketləri verdi

Türkiyə Ukraynaya ATACMS raketləri verdi
22:40

Türkiyə Ukraynaya 70 ədəd M39 ATACMS ballistik raketi və 12 ədəd M270 reaktiv yaylım atəş sistemi (HİMARS-ın tırtıllı versiyası), həmçinin on minlərlə kasetli döyüş sursatı satıb.

News365.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin avqustun 6-da keçirilmiş iclasının rəsmi protokolunda bildirilib.

Qeyd olunub ki, söhbət ABŞ istehsalı olan silahlardan getdiyi üçün onların yenidən satışına icazəni ABŞ Dövlət Departamenti verib. Belə hallarda Konqres də bu barədə məlumatlandırılmalıdır.

Məlumata görə, bu silahların ilkin dəyəri 255,9 milyon dollar təşkil edib. Ukraynanın bu silahları Türkiyədən hansı qiymətə aldığı sənəddə göstərilməyib.

Hesabata əsasən, ümumilikdə Türkiyə Ukraynaya aşağıdakı silahları satacaq:

- 12 ədəd M270 MLRS buraxılış qurğusu – ATACMS ballistik raketlərini və yüksək dəqiqlikli GMLRS reaktiv mərmilərini buraxa bilir;

- 70 ədəd M39 versiyalı ATACMS ballistik raketi;

- 2524 ədəd DPICM kaset döyüş başlığı ilə təchiz edilmiş M26 tipli 227 mm-lik idarəolunmayan reaktiv mərmi;

- 47 000 ədəd M509A1 tipli 203 mm-lik kasetli artilleriya mərmisi. Bu sursatlar, xüsusilə, Sovet istehsalı olan 2S7 “Pion” özüyeriyən artilleriya qurğularında istifadə oluna bilər.

Sənəddə bildirilir ki, bu yenidən satış Türkiyənin köhnəlmiş silah ehtiyatlarından xilas olmaq istəyini nəzərə almaqla həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada