Ucarda yol qəzası olub, ölən var - FOTO

Ucarda yol qəzası olub, ölən var - FOTO
09:50

Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən var.

News365.az apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub.

Aldığı ağır xəsarətlərdən velosipedçi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada