Tayfun təhlükəsi səbəbindən reyslər ləğv edildi - Sakinlər təxliyə edilir

Tayfun təhlükəsi səbəbindən reyslər ləğv edildi - Sakinlər təxliyə edilir
13:10

Çin əhalinin sıx məskunlaşdığı ölkənin şərq sahillərinə “Delfin” tayfununun yaxınlaşması ilə əlaqədar milli xəbərdarlıq sistemində ən yüksək səviyyə olan qırmızı təhlükə səviyyəsi elan edib.

News365.az xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, Şanxay və ətraf bölgələrdə 1 400-dən çox aviareys ləğv edilib.

Çjetszyan əyalətində də yüzlərlə reys təxirə salınıb. Fuczyan və Çjetszyan əyalətlərində qatarların hərəkəti və 200-dən çox bərə marşrutunun fəaliyyəti dayandırılıb.

Təhlükəli ərazilərdən artıq 100 minə yaxın insan təxliyə edilib. Dənizdəki platformalarda işlər dayandırılıb, tikinti gəmiləri isə limanlara yönləndirilib.

Meteoroloqlar son dərəcə güclü yağışlar və qasırğa xarakterli külək barədə xəbərdarlıq edirlər. Tayfunun bazar günü axşam saatlarında və ya 10 avqusta keçən gecə Çjetszyan və ya Fuczyan əyalətlərində quruya çıxacağı gözlənilir.

Təbii fəlakət artıq Okinava və Tayvana da təsir edib. Bu ərazilərdə aviareyslər və bərə xidmətləri ləğv edilib, həmçinin elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada