Kəndli daxili işlər nazirini döydü - FOTO

Kəndli daxili işlər nazirini döydü - FOTO
13:26

Qondarma Cənubi Osetiyada 68 yaşlı kənd sakini Rusiya Daxili İşlər Nazirliyinin respublika üzrə rəhbəri Alan Quçmazovu dəyənəklə döyüb. Bu barədə “Sapa Tsxinval” Telegram kanalı məlumat yayıb.


Hadisə mayın 10-da Dzau rayonunun Xvtse kəndində, Rusiya Daxili İşlər Nazirliyinin respublika üzrə rəhbərinin kəndə işgüzar səfəri zamanı baş verib. Orada səs-küy salan bir adam olub və nazir ona irad tutaraq ondan başqalarını narahat etməməyi xahiş edib.

Bundan sonra təcavüzkar Rusiyanın regional Daxili İşlər Nazirliyinin rəhbərinin qoluna dəyənəklə bir neçə dəfə zərbə endirib. Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti saxlama kamerasına yerləşdirilib. Tibbi ekspertizanın nəticəsinə əsasən məlum olub ki, təqaüdçü hadisə zamanı sərxoş olubmuş.

Tural


Sizin reklam burada
Sizin reklam burada