Pedaqoq müəllimə hədiyyə gətirən şagirdlərə hücum etdi - VİDEO

Pedaqoq müəllimə hədiyyə gətirən şagirdlərə hücum etdi - VİDEO
14:50

Rusiyada maraqlı hadisə baş verib. Nijnevartovskda musiqi müəllimi məktəbə hədiyyə-tort və piroq gətirən qızlara hücum edib. Bu barədə yerli media məlumat yayıb. İnsidentin görüntüləri "ÇP Nijnevartovsk” Telegram kanalında yayılıb. Qeyd edilib ki, müəllimə hücum edərkən sadəcə şagirdlərin əlində olan piroqu dağıdıb. 


"İlkin məlumata görə, hadisə ötən həftə 1 saylı Uşaq İncəsənət Məktəbində baş verib. Görüntülərdə müəllim qızların düz dəhlizdə piroq çıxarması, tortun üzərində şam yandırmasından narazı olub. Qadın əvvəlcə uşaqları cərimələməklə hədələyib və valideynlərini məktəbə çağıracağını deyib. Sonra isə o üstü açıq olan piroq qutusuna bir neçə dəfə vurub",- "Gazeta" yazıb.

"Uşaqlarımız onlar üçün sevimli olan incəsənət kafedrasının əməkdar müəllimini yubileyi münasibətilə təbrik etməyə gedirlərmiş. Amma dəhlizdə piano kafedrasının müəllimi ilə qarşılaşıblar. Görünür, müəllimə onun üçün nəzərdə tutulmayan bayram hədiyyəsindən qəzəbləndi. Müəllimin aqressiyası və kobudluğu bütün məqbul sərhədləri aşıb”, - deyə tələbələrdən birinin valideyni hiddətini gizlətməyib.



Tural


Sizin reklam burada
Sizin reklam burada