O bildirib ki, bu qərar Türkiyədə barış və qardaşlıq üçün atılmış mühüm addımdır və “Türk vətəninin hər guşəsində əməklə, səbrlə və fədakarlıqla əkilən barış toxumları artıq ümidlə sulanıb, nəhayət tumurcuqlanaraq çiçək açıb”.
"PKK musibəti sona çatacaq"
Baxçalı bildirib ki, bu proses 47 illik qanlı bir dövrün bitməsi və bir daha açılmamaq üzrə bağlanması ümidini yaradır:
“PKK musibəti sona çatacaq, qanla yazılmış səhifə əbədi olaraq bağlanacaqdır.”
O, PKK-nın 5-7 may tarixlərində keçirilən 12-ci qurultayda silahlı mübarizəni dayandırmaq və təşkilatın özünü buraxmaq qərarı aldığını vurğulayıb.
“Türk ilə kürd əzəldən bəridir bir yerdədir”
Baxçalı çıxışında türk və kürd xalqları arasında tarixən mövcud olan qardaşlığa diqqət çəkib:
“Türkün kürdə, kürdün türkə olan hörmət və məhəbbəti Türk millətinin birliyində təcəssüm edib. Bu bağlılıq heç zaman qırılmayıb, zəifləməyib.”
“PKK-nın kökündən ləğvi üçün strateji addımlar atılmalıdır”MHP lideri vurğulayıb ki, PKK-nın silahı yerə qoyması yetərli deyil və bu prosesin ardınca hüquqi və siyasi islahatlar da gəlməlidir:
Təşkilatdan PYD/YPG-yə keçidlərin qarşısının alınması,
Silah buraxan şəxslərin hüquqi statuslarının dəqiqləşdirilməsi,
Lider heyətinə qarşı tədbirlərin müəyyənləşdirilməsi və
Demokratiyanı və birgəyaşayışı gücləndirəcək qanunvericilik addımları atılmalıdır.
“Bu prosesin təməlinə barış və etimad qoyulmalıdır”
Baxçalı əlavə edib ki, bundan sonra barış mühitinin davamlı olması əsas şərtdir:
“Önyarğıların bataklığı qurudulmalı, boş ritorikalar və süni gərginliklər sona çatdırılmalıdır.”
PKK liderinə təşəkkür: “Öcalana minnətdaram”
Ən diqqət çəkən məqamlardan biri isə Baxçalının PKK-nın qurucu lideri Abdullah Öcalana etdiyi təşəkkür olub. O bildirib ki, 27 fevral tarixində İmralıdan edilən “barış və demokratik cəmiyyət” çağırışı bu qərarın təməlində durur və bu səbəbdən Öcalana, DEM Partiyasının rəhbərliyinə, Türk Silahlı Qüvvələrinin komandanlığına və digər aidiyyəti şəxslərə təşəkkürünü bildirib.
“Qazilərimizə uzun ömür, şəhidlərimizə rəhmət”
Çıxışının sonunda Baxçalı şəhidlərin ruhunu ehtiramla andığını və qazilərə uzun, sağlam ömür arzuladığını bildirib:
“Bu torpaq üzərində yaşayan hər kəsin şərəfi və namusu ortaqdır. Terörsüz Türkiyənin məşəli artıq alovlanıb. Qazanan barış, qardaşlıq və Türk millətidir.”