Rusiyada qatar relsdən çıxıb.
News365.az xəbər verir ki, bu barədə “Vorontsova Broadcasts” "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hadisə Samara vilayətinin Tolyatti şəhərində "Jiqulevskoye More" stansiyasında baş verib.
“Bəzi qeyri-rəsmi məlumatlara görə, yük qatarı qadağanedici marşrut siqnalını keçərək relsdən çıxıb”, - məlumatda deyilir.
Hələlik fövqəladə vəziyyətin rəsmi təsdiqi yoxdur.