"Ərdoğan və Putin arasındakı əlaqələr müharibənin gedişatına təsir edir"- Aytən Qurbanova

"Ərdoğan və Putin arasındakı əlaqələr müharibənin gedişatına təsir edir"- Aytən Qurbanova
16:46

"İstanbulun seçilməsi təsadüfi deyil – buradan sülh doğa bilər"

Politoloq Aytən Qurbanova bu sözləri  News365.az-a açıqlamasında deyib. 

"İstanbulun seçilməsi heç də təsadüfi deyil. Çünki Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində ilk təşəbbüslərdən biri məhz Türkiyədən gəlmişdi. Hətta müharibənin ilkin mərhələsində İstanbulda görüşlər keçirilmişdi və həmin görüşlərdə razılaşdırılmalı olan bəndlər təsdiqlənsəydi, bu müharibə bu qədər uzun çəkməzdi. Bu məsələ dəfələrlə müzakirə edilib.

Bugün həm Rusiya, həm də Ukrayna üçün ortaq və etibarlı nöqtə olaraq seçilən ölkə Türkiyədir. Prezident Rəcəb Tayyib Ərdoğanın hər iki tərəf – Rusiya və Ukrayna ilə yaxın və etibarlı münasibətləri var. Bu da onu bölgədə və beynəlxalq aləmdə mühüm vasitəçiyə çevirir. Hər iki tərəfin inandığı və etibar etdiyi ölkələrin sayı çox azdır, bu səbəbdən də İstanbul mümkün sülh danışıqları üçün ideal məkandır.

Ərdoğan və Putin arasındakı şəxsi münasibətlər də bu prosesə təsir edən əhəmiyyətli faktorlardandır. Eləcə də ABŞ üçün də İstanbul görüşü mümkün vasitəçilik məkanları arasında ən uyğunudur. Qlobal siyasətdə və regional əməkdaşlıqda Türkiyənin rolu durmadan artır. ABŞ isə öz maraqlarını təmin etmək üçün getdikcə daha çox iqtisadi məsələlərə və ticarətə fokuslanır. Bu baxımdan, ABŞ-ın Türkiyə ilə əməkdaşlığı zəruri xarakter daşıyır.

Donald Trampın prezidentliyinin ikinci dövründə dünya məsələlərinə biznes baxışı ilə yanaşması da nəzərə alınarsa, bu cür danışıqlarda iqtisadi əməkdaşlıq və maraqların uzlaşdırılması əsas rol oynayır."


Sizin reklam burada
Sizin reklam burada