Ermənistan özünə tərəfdaş axtarışındadır- ŞƏRH

Ermənistan özünə tərəfdaş axtarışındadır- ŞƏRH
16:33

“Ermənistan özünə tərəfdaş axtarışındadır, Türkiyə-Azərbaycan əməkdaşlığı isə təbiidir”

Politoloq Elşad Musayev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Hələlik bu məsələ ilə bağlı konkret və praktiki bir addım atılmayıb. Bu vəziyyətin əsas məsuliyyəti Ermənistandadır. Türkiyə Müdafiə Nazirliyinin Azərbaycana səfəri isə tamamilə təbii qəbul olunmalıdır. Çünki Azərbaycan və Türkiyə müttəfiq, qardaş ölkələrdir. Aramızda həm siyasi, həm də hərbi əməkdaşlıq mövcuddur. Müntəzəm şəkildə birgə təlimlər keçirilir və məsələlər qarşılıqlı məsləhətləşmə yolu ilə həll olunur. Bu baxımdan, Türkiyənin Müdafiə Nazirliyinin Azərbaycana gəlməsi adi hal kimi qiymətləndirilməlidir.

Ermənistana gəldikdə isə, bu ölkə hazırda özünə tərəfdaş axtarışındadır – gah sağa, gah sola yönəlir. Hazırda Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Almaniyadadır. Hərçənd ki, konkret olaraq hansı məsələlərin müzakirə ediləcəyi barədə rəsmi məlumat verilmir. Məlum olan budur ki, Hindistan Ermənistana zenit-raket sistemləri təhvil verir və bu müqavilənin dəyəri 710 milyon dollardır. Sazişə əsasən, Ermənistana 15 zenit-raket kompleksi göndəriləcək və növbəti partiyanın bu ilin iyun ayında çatdırılması gözlənilir.

Ermənistan həmçinin Hindistanla və digər dövlətlərlə hərbi-texniki əməkdaşlığını genişləndirməyə çalışır. 9 may paradında Ermənistanın Baş naziri də iştirak etdi. Bu hadisə ilə bağlı bəziləri müəyyən açıqlamalar verdilər, amma mən həmin fikirlərlə razı deyiləm. Ermənistanın guya sadəcə axtarışda olan bir dövlət kimi təqdim edilməsi doğru deyil. Bu ölkə əvvəldən bölgədə strateji məqsədlərlə yaradılıb – müsəlman-türk dünyasının ortasında “sədd” rolunu oynamaq üçün."-deə vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada